Xəbər verdiyimiz kimi aparıcı Zaur Kamal “5/5” verilişində müğənni Günel Ələkbərovanı pərt etmişdi.
Oxu.Az xəbər verir ki, aparıcının verilişdə G.Ələkbərovaya “Yoldaşın evə gecə 12-də gəlir? Uşaq axıra kimi ata deyə biləcək? Deyirlər, toy söhbəti oyun idi, gəldi və getdi. Bunun əlindən mikrofonu alın. Efirdə özünü yaxşı, ağır apar. Şıltaqlığın lazım deyil. Verilişə gec və havalı gəlmisən” deməsindən sonra müğənni ilə aralarında inciklik yaranmışdı.
Zaur Kamal növbəti efir vaxtında ifaçının könlünü alaraq ona canlı yayımdan bu sözləri ünvanlayıb:
“Biz tamaşaçıya şounu təqdim edirik Bundan incimək lazım deyil. Studiyamıza ərk etdiyimiz insanları dəvət edirik. Günel xanım haqda çox yazdılar. Bunlar hamısı zarafat idi. Şou bitəndən sonra hər şey başqa cür olur. Günel xanım, ətrafda deyilənlərə fikir verməyin. Bilirsiniz ki, mən sizi çox istəyirəm və həyatınızda nəyin necə olduğunu yaxşı bilirəm. Övladın da, ailən də, həyat yoldaşın da var”.