Zaur Baxşəliyevin aparıcılıq etdiyi “Öz aramızda” verilişinə müraciət edən Vüsal adlı oğlan dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, bu haqda müğənni Elnur Məmmədov sosial şəbəkədə yazıb. O, Vüsalla olan şəkillərini paylaşaraq ““Öz aramızda” verilişindəki Vüsal rəhmətə gedib. Allah rəhmət etsin, yeri cənnət olsun” sözlərini yazıb.
Qeyd edək ki, skolioz xəstəsi olan və kömək üçün Z.Baxşəliyevə müraciət edən 17 yaşlı Vüsalın birinci əməliyyatı baş tutmuşdu. Hətta oğlanın səhhətinin yaxşı olması ilə bağlı xəbər də verilmişdi.