Aparıcı Zemfira Adıgözəlova istirahətdən qayıdıb.
Oxu.Az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, o, Antalyada dincəlib.
Təəssüratlarını əməkdaşımızla bölüşən Z.Adıgözəlova dincəlməkdən doymadığını deyib:
“İstirahətdən doymadım. Ona görə də, yay bitməmiş yenidən tətilə çıxacam. İstanbul, Kipr və Antalyanı gəzdim. Bu dəfə Asiya ölkələrinə yola düşəcəm”.
Zemfira Adıgözəlovanın istirahət fotolarını təqdim edirik.