“Bakı Metropoliteni” QSC metroda gediş haqqının artırılması üçün Tarif Şurasına müraciət etməyib, etmək fikri də yoxdur.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, bunu “Sosium” verilişinin qonağı olan qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
N.Paşayev bildirib ki, metroda gediş haqqı bahalaşmayacaq. Qurumun sözçüsü hələki qiymət artımının gözlənilmədiyini, metro sərnişinlərinin gediş haqqı ilə bağlı narahatçılığına əsas olmadığını söyləyib.