Azərbaycan və keçmiş SSRİ xalq artisti, Azərbaycanın görkəmli müğənnisi, canlı əfsanə Zeynəb Xanlarova ABŞ-da konsert verəcək.
Oxu.Az xəbər verir ki, konsert martın 15-də, Nyu-York şəhərində baş tutacaq.
“Xoş gördük, əzizlərim” adlı konsert 1300 yerlik “Master Theater”də baş tutacaq.
Həmin konsertə həsr olunmuş afişanı təqdim edirik.
