25 
Okt
2016
17:28
66
655
18903
Virtual karabakh

Soso Pavliaşvili Azərbaycan xalqını təhqir etdi

25 Okt, 2016
17:28
18903

Soso Pavliaşvili Azərbaycan xalqını təhqir etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Soso Pavliaşvili milli qalmaqala cəlb edilib.

Oxu.Az bu barədə “life.ru”ya istinadən xəbər verir. 

Xatırladaq ki, sosial şəbəkədə Azərbaycanın Xalq artisti Ramiz Fətəliyevin Soso Pavliaşvilidən Bakıda planlaşdırılmış konsertdən imtina etməsi ilə bağlı xahiş məktubu dərc edilib.  

Azərbaycan kino xadiminin sözlərinə görə, Soso Qarabağda münaqişələr zamanı Ermənistana səfər edən ilk müğənnilərdəndir, bu səbəbdən də Bakıda çıxış etməyə haqqı yoxdur. 

Soso Pavliaşvili bəyan edib ki, onun konsertləri siyasi xarakter daşımır. 

“Siz mənim üçün narahat olmayın. Ağzına gələni danışmaq bekar adamların işidir. Onlara gəmirmək üçün sümük lazımdır. 80-ci illərin sonunda bəzi bədheybətlər əllərinə bıçaq alaraq uşaq və qadınları doğramağa başlayıblar. Bakıya gəlib-gəlməyəcəyimi dramaturqdan soruşmayacağam, onun kim olduğunu bilmirəm. İndi populyar oldu, bu səbəbdən onu təbrik edirəm. Buna görə mənə bir şüşə konyak hədiyyə etsin. Mənim konsertimə dəvət edirəm, gəlsin. Mən sülhsevər insanam. İnsanlarla milliyyəti və ya etiqadına görə yox, hərəkətlərinə görə dostluq edirəm.

Allah mənə istedad verib, bunlar üçün oxu, o birilər üçün isə oxuma deməyib. Bu qışqırıq salanlar isə Qarabağı qaytarmaq istəyirlərsə, hücum qrupu yaradıb, gedib qaytarsınlar. Özləri üçün divanda uzanıb, Sosonun gəlib-gəlməyəcəyini düşünürlər. Qarabağın qaytarılması bundan asılı deyil, şükür Allaha. Mən Qarabağı heç kimin əlindən almamışam. Məni harada gözləyirlərsə, ora da gedirəm və oxuyuram!

Bakıdan mənə zəng edirlər və deyirlər ki, “Soso biz sənin mahnılarını oxuyuruq, sağ ol ki, varsan. Bakı səni sevir!”.

Hər bir insan öz fikrini deməkdə azaddır. Demək istəyirsə, qoy desin. Mən heç zaman münaqişəni qızışdırmamışam. Yanan odu hər zaman söndürməyə çalışmışam. Ermənilər ilə dostluq etmişəm, edirəm, edəcəyəm də, heç kimdən soruşmayacağam. Mən heç valideynlərimdən çoxdandır ki, kiminlə dostluq edəcəyimə dair məsləhət almıram.

Bakıda tezliklə xeyriyyə konsertimiz olacaq. Mən hamını böyük məmnuniyyətlə həmin konsertə dəvət edirəm. Gəlmək istəmirlər, ömürləri uzun olsun, 100 il yaşasınlar, onlara əmin-amanlıq arzu edirəm!”, - deyə Soso Pavliaşvili bildirib. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri