"ATV"-də yayımlanan “V element” verilişi yenidən efir vaxtına start verir.
Oxu.Az xəbər verir ki, bu barədə aparıcı Hüsniyə Məhərrəmova sosial şəbəkədə məlumat yayıb.
“Dalaşa-dalaşa, qırışa-qırışa, küsə-küsə, barışa-barışa, gülüşə-gülüşə gəlib, üçüncü mövsümə çıxdıq. Özü də yeni elementlə. Bir üzvümüz dəyişib. Kim? Deməyəcəyəm”, - deyə o qeyd edib.
Xatrladaq ki, proqramın aparıcıları Ranar Musayev, Kamilə Babayeva, Hüsniyə Məhərrəmova və Fariz İlyasov olub.
A.S.
www.oxu.az
Rəylər