Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, həmin vəzifəyə general-mayor Namiq İslamzadə təyin olunub. O, şəxsi heyətə təqdim edilib.
Xatırladaq ki, Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində çalışıb.
9 dekabr 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Namiq İslamzadəyə Vətən Müharibəsi Qəhrəmanı adı verilib.
Xatırladaq ki, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov bir neçə gün əvvəl xidmətdə olmanın yaş həddi ilə əlaqədar vəzifəsindən azad edilib.
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycan Prezidenti: "Xarici siyasət prioritetlərimiz sırasında Çin xüsusi yer tutur"
- Prezident: "Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var"
- Prezident: "Azərbaycan və Çin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir"
- Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
- Azərbaycanda televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub
Ən çox oxunanlar