Apr
2018
14:51
85
406
23480
Virtual karabakh

“Facebook” Nura Surini “erməni” paylaşımına görə blokladı – FOTO

2 Apr, 2018
14:51
23480

“Facebook” Nura Surini “erməni” paylaşımına görə blokladı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gündür “Facebook”da azərbaycanlı tanınmışlara qarşı başlayan “bloklanma” sistemi müğənni Nura Suridən də yan keçməyib.

Oxu.Az xəbər verir ki, ifaçının şəxsi hesabı “Facebook” tərəfindən bir neçə günlük bloklanıb.

Buna müğənninin Puşkinə aid olan “Sən oğrusan, sən qulsan, sən ermənisən!” sözlərini paylaşması səbəb olub.

Suri bu haqda özü məlumat verib. O bildirib ki, “Facebook” hesabı şikayət olunub:

“Puşkinin ermənilər haqda dediyi sözləri paylaşdığıma görə kimsə məni şikayət edib. Deməli, dostluğumda azərbaycanlı görünən ermənilər də var”.

Qeyd edək ki, son günlər bir çox sayt rəhbəri və vəzifəli şəxslərin hesabı “Facebook” tərəfindən bloklanıb.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri