21 
Yan
2020
17:00
362
134
3844
Virtual karabakh

Əməkdar artistdən iddialı sözlər: “Bir çox millət vəkilindən savadlı və bilikliyəm” - ÖZƏL

21 Yan, 2020
17:00
3844

Əməkdar artistdən iddialı sözlər: “Bir çox millət vəkilindən savadlı və bilikliyəm” - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Millət vəkili olmaq üçün bir çox bacarığın olmalıdır, gərək ali savadın, təmkinin, siyasi danışıq tərzin olsun. Mən bir çox millət vəkillərindən savadlı və bilikliyəm”.

Bunu Əməkdar artist Ədalət Şükürov Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.

Sənətçinin “Millət vəkili olmaq istəyən şəxs necə olmalıdır?” sualına reaksiyası sərt olub:

“Əgər sən millət vəkilisənsə, bu, hər şeyi bilməyin anlamına gəlmir. Mən sənə bir-iki sual verərəm, oturarsan! Deputat olmaq üçün ilk növbədə insanın gərək məsuliyyəti olsun. Mən öz yerimdəyəm, deputat olmaq da istəmirəm”. 

İncəsənət nümayəndələrinin millət vəkili olmaq istəklərinə Ə.Şükürovdan dəstək gəlib:

“Bildiyim qədərilə Əməkdar artist Elza Seyidcahan namizədliyini irəli sürüb. Mən həmkarımı dəstəkləyirəm və ona işlərində uğurlar arzu edirəm. Çox şadam ki, bu il namizədlər arasında incəsənət nümayəndələri də var”.

“Deyirlər ki, sizin bahalı və lüks avtomobillərdən ibarət kolleksiyanız var”, - fikrinə Əməkdar artist belə münasibət bildirib:

“Avtomobillərdən ibarət kolleksiyamın olduğu deyilsə də, bu, düzgün informasiya deyil. Mənim çox sayda avtomobilə ehtiyacım yoxdur. Avtomobilimi hər beş ildən bir dəyişirəm. Avtomobili qarajda saxlamağa ehtiyac da yoxdur. Ələlxüsus da söhbət bahalı və dəbdəbəli avtomobildən gedirsə.

Mənim və ailə üzvlərimin ayrıca avtomobillərimiz var. Avtomobil rahat və komfortlu olmalıdır. Mənə dəbdəbəli bir şey lazım deyil. Çünki dəbdəbəli olanda qiyməti də yüksək və baha olur. Həm də elə bir avtomobili saxlamaq, ona qulluq etmək, təmiri baha başa gəlir”.

Hər zaman geyiminə diqqətlə yanaşan sənətçi qatıldığı tədbirdə geyim tərzi ilə bərq vururdu. Şükürovdan “Louis Vuitton” brendinə məxsus köynəyinin qiymətini soruşduqda isə müğənni bunları qeyd edib:

“Ümumiyyətlə, mən son dəbə uyğun geyinməyi çox sevirəm. Məsələn, əynimdə olan ağ köynək “Louis Vuitton”un son kolleksiyasındandır, qiyməti 1000 manatdır. Qoluma taxdığım saat isə “Patek Philippe Nautilus” brendinə məxsusdur. Qiymətini açıqlamaq istəmirəm”.

Lüks saatın qiymətini araşdırmaq qərarına gəldik. Əməkdar artistin qolunu bəzəyən saatın qiyməti 50-90 min dollar civarındadır.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri