29 
Yan
2020
13:25
63
355
13666
Virtual karabakh

Azərbaycanlı model ABŞ-da striptizlə məşğul olur - VİDEO

29 Yan, 2020
13:25
13666

Azərbaycanlı model ABŞ-da striptizlə məşğul olur - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı model ABŞ-da striptizlə məşğul olur.

“Sputnik Azərbaycan”ın xəbərinə görə, azərbaycanlı model Ruslana Cavadova striptizlə məşğul olmağa başlayıb.

Ruslana Gee kimi tanınan model bildirib ki, kino çəkilişlərinə çağırıla bilər.

“Instagram” səhifəsində yazdığı paylaşımında o, striptiz rəqqas kimi səhnədə rol almaq istədiyini və bununla bağlı müvafiq quruma məktub göndərdiyini yazıb.

“Hələ müraciətimə cavab verilməyib, amma hər ehtimal, striptiz öyrənməyə qərar verdim və hətta dərslərə də başladım. Mən açıq-saçıq yox, ədəbli striptiz rəqsi edəcəyəm. Dərslər çox əyləncəli keçir. Problem yalnız onurğamla bağlı yaranır. Rəqs edən zaman isə özünə inam dərhal yüksəlir və özünü pələng kimi hiss edirsən”, - deyə Cavadova bildirib.

Qeyd edək ki, Ruslana Bakıda anadan olub.  O, 2016-cı ildə Fransa, Ukrayna və Azərbaycanda məşhur moda jurnalı tərəfindən hər il keçirilən “L'Officiel Awards” müsabiqəsində iki kateqoriyaya üzrə - “Ən yaxşı model” və “Ən yaxşı moda bloqer” mükafatlarına layiq görülüb.

Cavadova həm də zərgərlik dizayneridir. O, əvvəlcə İstanbulda oxuyub, sonra təhsilini Los-Angelesdə davam etdirməyə qərar verib, hazırda ABŞ-da bloqerdir.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri