Britaniyalı pop müğənni Adel “Easy On Me” mahnısı ilə altı ildə ilk klipini təqdim edib. Amerikalı prodüser Qreq Kerstinlə birlikdə yazılan mahnının klipi Kvebekdə lentə alınıb.
“Easy On Me” mahnısı Adelin 19 noyabrda satışa çıxarılması planlaşdırılan “30” adlı dördüncü solo albomunda yer alacaq.
View this post on InstagramYeni albomu ərsəyə gətirməyə Adeli əri Simon Konetski ilə boşanması ilhamlandırıb. “Easy On Me” mahnısında o, həm keçmiş ərinə, həm də doqquz yaşlı oğlu Ancelo Ceymsə müraciət edərək onun atasının yanında ola bilməməsinin səbəbini izah edir.
"Adel Lori Blue Edkins (Adel)" teqi üzrə xəbərlər
Digər xəbərlər