22 
Apr
2015
16:22
31
51
5434
Virtual karabakh

Fatimə: Atası qızımı görəndə üzünü çevirir

22 Apr, 2015
16:22
5434

Fatimə: Atası qızımı görəndə üzünü çevirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

""Tarqovı"da 3-4 mağazası var".

Rəqqasə Fatimə Fətəliyeva “Düzünü desək” verilişinin qonağı olub.

Oxu.Az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, rəqqasə keçmiş həyat yoldaşı haqda danışıb: 

“Həyat yoldaşımdan ayrılandan sonra qızım balışının altına atasının şəklini qoyub yatırdı ki, atam mənim hər şeyimdi. Həyat yoldaşımdan ayrılsam da, hər zaman istəmişəm ki, qızımla münasibəti yaxşı olsun. Mən qızımı dünyaya gətirəndə yoldaşım dedi  ki, uşaq niyə qızdır? Oğlan istəyirmiş, qız istəmirdi. Biz ayrıldıq, ərim Bakıdan getdi. Ondan sonra qızıma qarşı onda soyuqluq yarandı. 1 il sonra İstanbuldan məktub yazdı ki, yanıma gəlin, sizin üçün darıxmışam. Hər bir qadın kimi istəyirdim ki, ailəm olsun. Özü yanımıza gəldi, sonra yenə bizi qoyub getdi və illərlə axtarmadı. 

İndi imkanlıdır. "Tarqovı"da 3-4 mağazası var. Amma qızımı görəndə üzünü çevirir”. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri