28 
Fev
2024
13:00
142
20
3152
Virtual karabakh

Təranə Səmədova yenidən hakim qarşısına çıxarılır

28 Fev, 2024
13:00
3152

Təranə Səmədova yenidən hakim qarşısına çıxarılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış prodüser Təranə Səmədova və onunla birgə məhkum edilmiş Rasim Həsənov hökmdən narazıdırlar.

“Qafqazinfo”nun məlumatına görə, müttəhimlərin vəkilləri müvəkkilləri haqda ittihamedici hökmdən apellyasiya şikayəti veriblər.

Şikayət ərizəsində xanım prodüser və tanışının özlərini təqsirsiz hesab etdikləri qeyd edilərək, bəraət qərarı çıxarılması xahiş edilib. Şikayətlərə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Xatırladaq ki, Təranə Səmədova və Rasim Həsənov ötən ilin fevralında həbs olunub. Onlar birgə hədə-qorxu ilə tələb etməkdə ittiham ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Səmədova 6 il, R.Həsənov isə 7 il müddətə azadlıqdan məhrum edilib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri