Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Prokuror Təranə Səmədovaya iş istəyib
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən prodüser Təranə Səmədova və Rasim Həsənovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
Prokuror Təranə Səmədovanın 7 il 6 ay müddətinə, Rasim Həsənovun isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti məhkəmə prosesi yanvarın 25-də keçiriləcək.
Qeyd edək ki, 2022-ci ilin dekabrında Rasim Həsənov hədə-qorxu gələrək pul tələb etmə ittihamı ilə saxlanılıb. İstintaqın gedişatı zamanı prodüser Təranə Səmədovanın da cinayət işi üzrə təqsirli olmasına şübhələr müəyyən edilib və istintaqa cəlb olunub.
Təranə Səmədova və Rasim Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Təranə Səmədova 2017-ci ildə insan alverində ittiham olunaraq iki il müddətinə azadlıqdan məhrum olunub. 2019-cu ildə azadlığa çıxan prodüser, iki il əvvəl qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılıb. Məhkəmə T.Səmədovanın hamilə olduğunu nəzərə alaraq, onun barəsində 400 manat cərimə cəzası təyin edib, sərbəst buraxıb.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Dələduzluqda ittiham olunan qadına hökm oxundu
- Arvadını boğaraq öldürən şəxs: "Telefonda başqa şəxslə danışanda tutdum"
- Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır
- Azərbaycanlı iş adamının 2.5 milyon manatını ələ keçirən şəxsin bəraəti ləğv edildi
- Nişanlısı ilə görüşə getmək istəyən idmançı xalası oğlu tərəfindən öldürüldü - HÖKM OXUNDU
Rəylər