Mar
2024
10:32
31
169
6977
Virtual karabakh

Nigar Camalın adından DƏLƏDUZLUQ: DİN araşdırmalara başladı - YENİLƏNİB + FOTO

4 Mar, 2024
10:32
6977

Nigar Camalın adından DƏLƏDUZLUQ: DİN araşdırmalara başladı - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi (DİN) Müğənni Nigar Camala qarşı dələduzluq edilməsi barədə açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda məsələ barədə araşdırma aparılır:

“Nəticəsi barədə məlumat veriləcək”.

09:58

Müğənni Nigar Camala qarşı dələduzluq edilib.

Oxu.Az xəbər verir ki, Elşad Eldar oğlu Məmmədov adlı şəxs “TikTok”da sənətçinin adına saxta hesab açaraq onun fanatlarına mesaj yazıb.

O, pərəstişkarlarını Nigar Camalla pul qarşılığında görüşdürə biləcəyini deyib.

Nigarın sevənlərindən həm də şəklini istəyən Elşad Məmmədov daha sonra bu şəkilləri yaymaqla onları şantaj edib.

Müğənni fanatlarını bu şəxsdən gələn mesajlara cavab yazmamağa səsləyib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri