Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisə daxil olub
"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisə daxil olub.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, qanun layihəsi gələn həftə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılacaq.
2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 37 milyard 164.2 milyon manat, xərcləri isə 37 milyard 719.7 milyon manat təşkil edib.
Bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 5.5% və 3.5% çoxdur.
Son nəticədə ötən il büdcədə 555.5 milyon manat və yaxud ümumi daxili məhsulun 0.4%-i qədər kəsir yaranıb. Bu isə əvvəlki ilə nisbətən 37.1% azdır.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
- Deputat QDİƏT PA-nın sessiyasında üzv dövlətlərin parlament və hökumətlərinə təkliflər səsləndirib
- BMTM-də Azərbaycan-Türkmənistan münasibətləri ilə bağlı elmi-praktik simpozium keçirilib
- Maldiv adaları ilə Azərbaycan arasında viza rejimi qismən ləğv edildi
- Sahibə Qafarova QDİƏT PA-nın "Şərəf medalı" ilə təltif edilib
Ən çox oxunanlar