Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

35 ildir ayağında qəlpə gəzdirən 20 Yanvar faciəsi şahidindən dəhşətli ETİRAF
1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə... Dinc əhali ağır texnika, müxtəlif tipli silahlardan atəşə tutularaq, kütləvi şəkildə qətlə yetirildi.
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya yeridilərək, misli görünməyən vəhşilik nümayiş etdirdi.
Bu qanlı hadisə Azərbaycan tarixində həm də şanlı bir səhifə açdı. 35 il əvvəl yaşanan o faciədə düşmən gülləsini hələ də ayağında gəzdirən Salman Əhədli yaşananları belə xatırlayır:
"Bütün mehmanxanalar sovet əsgərləri ilə dolmuşdu. Alt mərtəbənin bütün pərdələri ani olaraq qırıldı. İçəridən təqribən minə yaxın şəxs əsgər formasında çölə çıxdı. Nə baş verdiyini başa düşmürdük. Biz onlarla sinə-sinəyə gəldik. Qadın, ya kişi fərq etmədən qol-qola girmişdik ki, onlara keçməyə icazə verməyək. Daha sonra silaha əl atdılar. Sağ tərəfimdəki adamın alnına güllə dəyəndən sonra hər şey aydın oldu. Şok keçirdik ki, sovet qoşunu öz xalqını belə gülləbaran edərmi?! Bir az keçəndən sonra yoldan atılmış patronları yığmağa başladıq. O qədər patron var idi ki, yerimək mümkün deyildi. Həmin anda elə bil ürəyimə dammışdı ki, məni güllələyəcəklər. Yolun ortasında sağ ayağımdan güllə yarası aldım. O güllə indi də mənim ayağımdadır".
Daha ətraflı Baku TV-nin videomaterialında:

"20 Yanvar - Ümumxalq Hüzn Günü" teqi üzrə xəbərlər
- Zəngəzur dəhlizi: Azərbaycanın haqlı olduğu daha bir layihə
- Bakıda tikiləcək 10 yeni metro stansiyası ilə bağlı detallar AÇIQLANDI
- Lənkəranda törədilən iğtişaşlardan 35 il ötür: "Onlar müstəqilliyimizin əsasını qoydular"
- 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş karate turniri keçirilib
- Məzahir Niftiyev: "Bizdən tələb edirdilər ki, təcili Bakı Buxtasını tərk edək"