Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Kamran Əliyev: "Təyyarə qəzası ilə bağlı üç ölkə özünə aid sübutları toplayır"
"Qazaxıstanda baş vermiş təyyarə qəzası ilə bağlı aidiyyəti qurumlar tərəfindən cinayət işi başlanıb".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Qazaxıstan və Rusiyanın aidiyyəti qurumları, hüquq-mühafizə orqanları ilə bununla bağlı birgə araşdırmalar aparılır:
"Məlumatıma görə, bu faktla bağlı Azərbaycan, Qazaxıstan və Rusiyada cinayət işləri başlanıb. Bu faktla bağlı üç ölkə özünə aid sübutları toplayır. Sonradan bu sübutların birgə təhlil edilməsi, təqsirli şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görüləcək.
Rusiyanın İstintaq Komitəsi, Baş Prokurorluq tərəfindən bu istiqamətdə müvafiq istintaq hərəkətləri aparılır".

Aləmdə Nəsib
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Aktauda AZAL təyyarəsinin qəzasında həlak olanların xatirəsi anılıb
- Rusiyanın AZAL-a məxsus təyyarənin vurulmasına münasibəti - Olmayan imicin itirilmə qorxusu
- AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatın TƏHLİLİ
- Fuad Hüseynəliyev: "Rusiya təyyarənin vurulması ilə bağlı daha dəqiq terminlərlə üzr istəməlidir"
- Kreml Qazaxıstanın AZAL təyyarəsi ilə bağlı hesabatını şərh edib