Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Abbas Abbasov: "BTQ ilə 15 müstəmləkə ərazisi arasında əməkdaşlıq qurulub"
"Bakı Təşəbbüs Qrupu iki ildən az müddətdə 20-dən çox beynəlxalq konfrans təşkil edib".
Oxu.Az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Məlum olduğu kimi, təşkilatımız 2023-cü ilin iyul ayında fəaliyyətə başlayıb. Qürurla deyə bilərəm ki, təsis olunduğumuz vaxtdan cəmi dörd ay ərzində yeddi müstəmləkə ərazisi ilə əməkdaşlıq qurduq. Bu gün isə onların sayı 15-ə çatıb. BTQ fəaliyyətdə olduğu iki ildən az müddət ərzində 20-dən çox beynəlxalq konfrans keçirib", - o qeyd edib.
A.Abbasov bildirib ki, 2024-cü ildən etibarən, BTQ həmçinin analitik mərkəz funksiyasını yerinə yetirir:
"Təşkilatımızın çox gənc olmasına baxmayaraq, müasir dünyada müstəmləkə siyasətini və onun yerli əhaliyə zərərli təsirini ətraflı təsvir edən 10 hesabat hazırlamağa və iki kitab nəşr etməyə nail olduq.
Bundan əlavə, müstəmləkəçilik və neokolonializmlə mübarizə aparan təşkilatlarla altı əməkdaşlıq memorandumu imzalamışıq. Bu gün isə yeddincisini imzalayacağıq. Hesab edirəm ki, bu böyük nailiyyətdir".
"Biz müxtəlif beynəlxalq platformalarda siyasi məhbuslara və müstəmləkə rejimlərinə qarşı mübarizə aparanlara dəstək veririk və bunu davam etdirəcəyik", - A.Abbasov fikrini yekunlaşdırıb.
Aləmdə Nəsib
"Bakı Təşəbbüs Qrupu (BTQ)" teqi üzrə xəbərlər
- Bakı Təşəbbüs Qrupunun hazırladığı klip Fransada ajiotaj yaradıb
- BTQ-dən müstəmləkəçiliyə qarşı mübarizəyə dəstək fləşmobu ilə bağlı paylaşım
- Bakıda "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans keçirilib
- Daniel Dübua: "Fransanın imperialist rejimi müstəmləkə əraziləri azad olunana qədər davam edəcək"
- Fransa insanlığa qarşı cinayətlərə görə təzminat ödəməlidir - Beynəlxalq konfransda ÇAĞIRIŞ