ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf Azərbaycanın APA agentliyinin Analitika Mərkəzinin “Con Kerrinin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası” sərlövhəli araşdırmasına münasibət bildirib.
“ABŞ-ın Azərbaycanın suverenliyi və müstəqilliyinə olan çoxillik dəstəyinə sözdən daha çox etibar edilir. Əlbəttə ki, bu məqalədəki iddialar tamamilə əsassızdır”, - Harf ənənəvi brifinqdə deyib.