ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinks gələn həftə Azərbaycana gələcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.
Məlumata görə, görüşlər həftənin birinci gününə gözlənilir.
Onun Azərbaycan rəsmiləri ilə görüşləri planlaşdırılır.
Qeyd edək ki, B.Brinks Ermənistanda səfərdədir.
N.О.