ABŞ-ın Azərbaycana yeni təyin olunmuş yeni səfiri Robert Sekuta azərbaycanlılara video müraciət ünvanlayıb.
Oxu.Az xəbər verir ki, səfir Robert Sekuta müraciətinə Azərbaycan dilində başlayıb. Səfir bildirib ki, Azərbaycana gəlişini səbirsizliklə gözləyir.
Qeyd edək ki, səfir fevralın 12-də Azərbaycana gələcək.