Bakı həbsxanasında məhkuma gətirilən sovqatdan mobil telefon çıxıb.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən Oxu.Az-a verilən məlumata görə, əməliyyat qurum əməkdaşları tərəfindən keçirilib.
Keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 maddəsinə əsasən 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Emin Elbrus oğlu Ələsgərovun yanına qısamüddətli görüşə gəlmiş anası və bacısının gətirdikləri sovqat yoxlanılıb.
Bakı şəhər sakinləri Sonaxanım Ağakərim qızı Ələsgərovanın və Elnarə Elbrus qızı Ələsgərovanın üzərlərinə və gətirdikləri sovqata baxış keçirilən zaman 500 qramlıq “Supersun” qənd qutusunun içərisində gizlədilmiş, 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
E.Ə.
www.oxu.az