Rusiya Federasiyası prezidenti Vladimir Putin bu gün Misirdə rəsmi səfərdədir.
Rusiya prezidentini həddən artıq təmtəraqlı qarşılayıblar: TASS xəbər verir ki, Qahirənin küçələri Putinin rəsmi olan plakatlarla bəzədilib, səfəri küçələrdə, kafelərdə və tok-şoularda müzakirə edirlər. Yerli qəzetlərin sərlövhələrində: “Xoş gəlmisiniz, prezident Putin”, “Putin dövrümüzün qəhrəmanıdır” yazılıb.
Prezident iqamətgahının qarşısında Qahirə operasının orkestri Rusiyanın dövlət himnini ifa edib. Amma bu ifa dinləyiciləri təəccübləndirib. Belə ki, orkestr sanki not və melodiyanı tuta bilmirdi.