Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ABŞ-nin Azərbaycandakı səfirliyi sorğuya cavab verməkdən boyun qaçırdı
ABŞ-nin Azərbaycandakı səfirliyi "Report"un ötən gün dərc etdiyi materialla bağlı sorğusuna mahiyyəti üzrə cavab verməkdən boyun qaçırıb.
Oxu.Az xəbər verir ki, cavabla tanış olduqdan sonra məlum olub ki, o, verilən suala uyğun deyil.
Belə ki, "Report" sorğusunda ABŞ-nin Azərbaycandakı səfirliyinin Ermənistandan qovulan azərbaycanlıların irsinin qorunması ilə bağlı hansı addımların atıldığını, layihələrin həyata keçirildiyi barədə məlumat almaq üçün müraciət edib.
Səfirliyin cavabında isə Azərbaycanın azad olunan ərazilərdə ABŞ-nin görmək istədiyi işlər barədə danışılıb. Faktiki olaraq səfirlik "Report"un sorğusuna mahiyyəti üzrə cavab verməyib.
Cavabdan çıxan məntiqi nəticə budur ki, ABŞ azərbaycanlıların Ermənistandan qovulduğu dövrdən bu günə qədər onların dədə-baba torpaqlarına irsinin qorunması yolundan heç bir addım atmayıb.
"ABŞ-nin Azərbaycandakı səfirliyi" teqi üzrə xəbərlər
- 30 illik susqunluq: Qərbi Azərbaycan irsi hələ də gözardı edilir - ABŞ səfirliyindən absurd cavab
- ABŞ-nin Azərbaycandakı səfiri diplomatik xidmətindən İSTEFA VERDİ
- ABŞ-nin Azərbaycandakı səfiri Şəhidlər xiyabanını ziyarət edib
- ABŞ Azərbaycana iki minaaxtaran it göndərib
- ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin nümayəndəsi məsləhətləşmələr üçün Bakıya gəlib