"Bu, ABŞ-nin xarici siyasətində də özünü göstərir - biz istərdik ki, bir-birimizlə daha sıx olaq, tərəfdaşlığımızı daha da gücləndirək".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu tərəfdaşlıq regionda sülh və əmin-amanlıq yaradacaq, daha çox bazarlara çıxışı təmin edəcək:
"Bu isə regionda elə bir şərait yaradacaq ki, xalqlar toqquşmasın, əməkdaşlıq etsin. Bu, ABŞ prezidentinin üzərimizə qoyduğu hədəfdir. Biz bunu icra edirik və çalışırıq belə tədbirlər keçirməklə bir-birimizə yardımçı olaq".