ABŞ-ın Ermənistandakı səfiri Riçard Milz Ermənistan və Azərbaycan prezidentlərinin cari ilin sonuna qədər təmas xəttindəki vəziyyəti müzakirə etmək və həll yolu tapmaq üçün görüşməyə hazır olmalarını müsbət addım hesab edir.
Oxu.Az News.am-a istinadən xəbər verir ki, səfirin fikrincə, tərəflər təmas xəttindəki gərginliyin azaldılmasına dair məsələləri müzakirə edəcəklər.
“Prezidentlərin görüşmək istəyini bəyan etmələri sevindirir. Bu, müsbət addımdır, və biz ümid edirik ki, tərəflər təmas xəttində gərginliyin azaldılmasına dair məsələləri hərtərəfli müzakirə edəcəklər.
Biz həmçinin ümid edirik ki, onlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin təqdim etdikləri təklifləri qəbul edəcək və onları müzakirə etməyə hazır olduqlarını bəyan edəcəklər”, - o qeyd edib.