Azərbaycan vətəndaşları üçün ABŞ vizası almaq üçün prosedurda heç bir dəyişiklik edilməyib.
Oxu.Az xəbər verir ki, bu barədə Report-a sosial şəbəkələrdə xarici sayta istinadən yayılan Donald Trampın Azərbaycan üçün viza rejiminin ləğv edilməsinə dair fərman imzalaması haqqında məlumatı şərh edərkən ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildiriblər.
“ABŞ səfirliyi bu informasiyanın həqiqətəuyğun olmadığını və Azərbaycan vətəndaşları üçün ABŞ vizası almaq üçün prosedurda heç bir dəyişiklik edilmədiyini təsdiqləyə bilər”, - səfirlikdən bildiriblər.
N.О.
www.oxu.az