Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

ADA Universitetində Fransa müstəmləkələrindən olan jurnalistlər üçün təlimlərə başlanılıb
ADA Universitetində Fransanın müstəmləkəsi olan ərazilərin media nümayəndələri üçün təlimlərə başlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) sosial şəbəkə hesablarında məlumat paylaşılıb.
Bildirilib ki, media üzrə təlim proqramı aldadıcı media orqanları tərəfindən aparılan təbliğat, dezinformasiya və psixoloji manipulyasiya üsullarının aradan qaldırılmasına yönəlmiş hərtərəfli kommunikasiya strategiyalarını əhatə edir.
"Bu təşəbbüs həmçinin iştirakçılara yanlış narrativləri müəyyən etmək və onlara qarşı mübarizə aparmaq, düzgün məlumatların yayılmasını təşviq etmək və dezinformasiya praktikasına əsaslanan manipulyasiya taktikasına effektiv etiraz etmək üçün praktiki metodologiyalar təqdim etməklə media dayanıqlılığını artırmağa yönəlib", - məlumatda vurğulanıb.
Təlim çərçivəsində jurnalistlər medianın problemləri ilə bağlı fikir mübadiləsi aparıblar və müvafiq sualları cavablandırıblar.
"ADA Universiteti" teqi üzrə xəbərlər
- ADA Universitetində "Qərbi Azərbaycan mövzusu 100 ildə" adlı dəyirmi masa keçirilib
- Əziz Ələkbərli: "Əsas məqsədimiz Qərbi Azərbaycana qayıdış ideyasının gənclər arasında təbliğidir"
- "Azercell" "Azərbaycan Biznes Keys Müsabiqəsi 2025"ə dəstək verir
- "Silk Way West Airlines" Milli Aviasiya Akademiyasına "Boeing 777" uçuş simulyatorunu təhvil verib
- Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin edildi