Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov vəzifəsindən azad edilib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev bu gün sərəncam imzalayıb.
Qeyd edək ki, yerli mətbuatda bir neçə gün əvvəl dərc olunmuş yazılarda Elşad İskəndərovun nurçu dini cərəyanı ilə əlaqəli olduğu bildirilirdi.