"Türk Dövlətləri Təşkilatının ümumi daxili məhsulu (ÜDM) 2.4 trilyon dollardan çoxdur".
Oxu.Az xəbər verir ki, bu sözləri Qırğız Respublikasının Baş naziri Adılbek Kasımaliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin "Gülüstan" sarayında keçirilən ikinci görüşündə deyib.
O, "Türk Dünyası-2040" konsepsiyasını mühüm hesab etdiyini deyib:
"Biz investorlar üçün əlverişli şərait yaratmışıq. Kapital qoyuluşlarının qorunması mexanizmlərini tətbiq etmişik. Qardaş türk dövlətləri üçün açığıq və Türk İnvestisiya Fondu fəaliyyət göstərir. Daşkənddə 2025-ci ilin yekunlarına görə 950 milyon dollar investisiya cəlb olunub. Ticarət dövriyyəsi 3.3 milyard dollar təşkil edib. Yeni təşəbbüslərin irəli sürülməsini təklif edirəm. Türk İnvestisiya Fondunun fəaliyyətə başlamasını alqışlayırıq. Təşkilata üzv ölkələrdə ticarət-iqtisadi layihələrin dəstəklənməyə başlaması müsbət haldır".