Azərbaycan Prezidenti İlham Əliyev Aftandil Eynulla oğlu İsrafilovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Aftandil İsrafilov bu ordenlə Azərbaycanda musiqi ifaçılığı sənətinin inkişafında xidmətlərinə görə təltif edilib.