Avropa İttifaqı (Aİ) Azərbaycan-Ermənistan ikitərəfli mexanizminin yaradılması təklifini alqışlayıb.
Bunu Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar "X" səhifəsindəki paylaşımında yazıb.
"Azərbaycan-Ermənistan sərhədində gərginliyi azaltmaq və atəşkəs pozuntularını aradan qaldırmaq üçün ikitərəfli mexanizm yaradılması təklifi alqışlanmalıdır", - deyə o qeyd edib.
Diplomat vurğulayıb ki, Aİ bu sahədəki təcrübəsini tərəflərlə bölüşməyə hazırdır.
The proposal of 🇦🇲to establish a bilateral mechanism to address alleged ceasefire violations on the 🇦🇲-🇦🇿border to reduce tensions is to be welcomed. The 🇪🇺has for 15 years through @EUMMGeorgia helped organise similar meetings in 🇬🇪 and is ready to share its experiences.
— Toivo Klaar (@ToivoKlaar) June 23, 2024