Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Aİ-nin Gürcüstandakı səfiri: "Azərbaycanın COP29 sədrliyi iqlim məsələlərinə olan diqqəti artıracaq"
"Avropa İttifaqı (Aİ) iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə böyük önəm verir. Azərbaycanın COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etməsi, regionda bu məsələlərin müzakirəsi üçün mühüm bir imkan yaradır. Aİ-nın yüksəksəviyyəli nümayəndə heyəti də bu tədbirdə iştirak edəcək, bu da tədbirin əhəmiyyətini artırır".
Bu sözləri "Report"a Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski deyib.
"Aİ iqlim dəyişikliyi və ekoloji məsələlər üzrə bütün planet üçün vacib olan problemlərin həllinə dəstək verməyə çalışır. Azərbaycanın bu cür mötəbər bir tədbirə ev sahibliyi etməsi regionda iqlim məsələlərinə olan diqqəti artıracaq", - o qeyd edib.
Səfir rəsmi Bakıya COP29-a ev sahibliyi etdiyi üçün təşəkkürünü bildirib.
Herçinski iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini və birgə səylərin nəticə verəcəyini də əlavə edib: "Belə tədbirlər, Aİ ilə Azərbaycanın əməkdaşlığını daha da gücləndirəcək və ekoloji məsələlərin müzakirəsi üçün bir platforma yaradacaq".
"COP29" teqi üzrə xəbərlər
- SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası "Yaşıl ətraf mühit günləri" keçirib
- COP16-da Bakı İqlim və Sülh Mərkəzinin təqdimatı keçirildi
- Azərbaycan Prezidentinin siyasi addımı amerikalı jurnalisti heyran etdi - Bizdən nə danışırlar?
- Nazir: "BƏƏ Azərbaycanın yaşıl enerjiyə keçid prosesində mühüm tərəfdaşıdır"
- SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Qüvvədən düşən COP29 zolaqlarının SİYAHISI AÇIQLANDI