Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Aİ-nin iqlim fəaliyyəti üzrə komissarı COP29-a hazırlıqla əlaqədar Azərbaycana səfər edəcək
Sabah Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra noyabrda ölkədə keçiriləcək COP29 konfransına hazırlıqla bağlı görüşlər keçirmək üçün Bakıda olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, komissar Hoekstra COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və COP29-un təmsilçiləri ilə görüşəcək. O, həmçinin energetika naziri Pərviz Şahbazov və xarici işlər naziri Ceyhun Bayramovla ikitərəfli görüşlər keçirəcək.
Komissar Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də fikir mübadiləsi aparacaq.
"COP29" teqi üzrə xəbərlər
- Çin şirkətləri Azərbaycanda hansı işlərə imza atacaqlar?
- Siyasi ekspert: "Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu yüksək nəticələrlə yadda qalacaq"
- Hikmət Hacıyev: "Azərbaycan İordaniya ilə iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır"
- Leyla Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının tədbirində videokonfrans formatında iştirak edib
- Yalçın Rəfiyev: "100 milyardlıq hədəf deklarativ xarakter daşıyırdı"