"Kommunikasiya təbii fəlakət kimi insanlara birbaşa təsir edən, onların ehtiyac duyduğu düzgün xəbər almaq ehtiyacıdır. Bu baxımdan, keçmişdən bu günə qədər əldə edilən təcrübələr gələcəkdəki təbii fəlakət, fövqəladə halları düzgün şəkildə dəyərləndirmək və insanların lehinə olması üçün çalışırıq".
Oxu.Az-ın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) rəhbəri Ali Hamza Pehlivan "Fəlakət Jurnalistikası: Xəbər fəlakətə çevrilmədən qarşısını almaq" adlı beynəlxalq təlim panelində deyib.
O bildirib ki, jurnalistika və kommunikasiyanın keçmişi əslində insanlıq tarixi qədər qədimdir:
"Dünyada ilk qəzet 1605-ci ildə Almaniyada dərc edilsə də, xəbər yaymaq ilk insana qədər gedib çatır. Buna nümunə kimi, mağara divarlarındakı rəsmlərdən papirusa, eləcə də bugünkü mesajlaşmaya qədər gəlinən dövrü göstərə bilərik".
"Təəssüf ki, hazırda dezinformasiya hər keçən gün daha da artır. Dezinformasiya xəbərin yanlış şəkildə çatdırılmasıdır və bu da ciddi problemlər yaradır. Fövqəladə hallarda yanlış xəbər yeni fəlakətlərə yol açmaqdır. Biz xəbəri fəlakətə çevirmədən qarşısını almaq üçün çalışmalıyıq ki, yeni xaosa yol verməyək, əksinə onun qarşısını alaq. Məlumat sürətli və operativ olanda həyat xilas edə bildiyi qədər, həm də düzgün olmasa ciddi təhlükələrə də yol aça bilər", - deyə agentlik rəhbəri əlavə edib.
Mərahim Nəsib