Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Aliment Fondu yaradılsın, atalıq məzuniyyəti ödənişli olsun - TƏKLİF
Azərbaycanda Aliment Fondu yaradılmalıdır.
Oxu.Az-ın məlumatına əsasən, 2022-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova belə təkliflə çıxış edib.
“Aliment Fondu büdcəyə yük olmayacaq, təklif edirəm ki, belə bir fond yaradılsın. Bu fond uşaqların müdafiəsi baxımından da önəmlidir”, - deyə H.Hüseynova əlavə edib.
H.Hüseynova onu da bildirib ki, Azərbaycanda atalıq məzuniyyəti ödənişli olmalıdır:
“Təklif edirəm ki, atalıq məzuniyyətinin ödənişli olması məsələsi büdcədə nəzərdə tutulsun”.
Deputat təklif edib ki, məhkəmələrdə psixoloq ştatları da yaradılmalıdır:
“Məhkəmələrdə psixoloq ştatlarının olması boşanmaların qarşısını ala bilər”.
Milli Məclisin komitə sədri qeyd edib ki, bəzi şəhid ailələrinin, qazilərin ipoteka borcları silinsin:
“Bəzi qazilər mənə müraciət edirlər ki, onun iki gözü də yoxdur, müharibədə itirib. Amma onun ipoteka borcu var. Bu tip qazilərin və ya şəhid ailələrinin ipoteka borcları silinsə, yaxşı olar. Belə ailələrin sayı elə də çox deyil”.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- Xalqa xidmətə həsr olunmuş ömrün daha bir ili
- "Azərbaycan multikulturalizmi: Təcrübə, ənənə və müasir çağırışlar" mövzusunda panel müzakirə keçirilib
- Din Xadimlərinin Forumunda panel müzakirə keçirilib
- Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək
- "Ermənistan Qərb ölkələrinin təxribatlarında alət olmamalıdır" - RƏY