Prezident İlham Əliyev Allahverən İsmayılova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Prezidentin rəsmi səhifəsində yerləşdirilib.
Sərəncamda deyilir: “Azərbaycan dövlət orqanlarında rabitə sahəsində xidmətlərinə görə Allahverən İbiş oğlu İsmayılova “Əməkdar mühəndis” fəxri adı verilsin”.