Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan avqustun 3-də Almaniya parlamentinin “Xristian-Demokratik Birliyi” və “Xristian-Sosialist Birliyi”nin üzvləri Manfred Qrund və Alber Vaylerin daxil olduğu nümayəndə heyətini qəbul edib.
Oxu.Az AzVision.Az-a istinadən xəbər verir ki, görüş zamanı Edvard Nalbandyan Ermənistan – Almaniya münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib.
Nalbandyan həmçinin alman deputatları Dağlıq Qarabağdakı hazırkı vəziyyət barədə də məlumatlandırıb.
Qeyd edək ki, alman deputatlar məhz həmin gün Qarabağa səfər edərək “Dağlıq Qarabağ Respublikası”na səfər etmişdilər.
Məlumata əsasən həmin görüş zamanı ikitərəfli münasibətlər, Dağlıq Qarabağ məsələsi də daxil olmaqla bir sıra məsələlər müzakirə olunub.
Hazırda alman deputatların Dağlıq Qarabağa qanunsuz səfəri Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən araşdırılır.