Bakı avtomobil magistralının bərpası üzrə işlər 90% hazırdır.
Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bəyanat verib. Bakı-Rusiya Federasiyası sərhəddi avtomobil magistralının şimal-cənub dəhlizi çərçivəsində aparılan bərpa işlərinin 10%-i qalıb.
“Bakı-Astara magistralının rekonstruksiyası işləri aparılır, bu layihənin maliyyələşdirmə mənbələri müəyyən edilib. Qısa zamanda tikinti başa çatdırılacaq”, - nazir deyib.