Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Almaniyalı müşahidəçi Dağlıq Qarabağ münaqişəsindən danışdı - VİDEO
Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupu, Avropa Şurasının müşahidə missiyası və beynəlxalq müşahidə missiyaları tərəfindən həll edilməlidir.
Oxu.Az xəbər verir ki, bunu bu gün keçirilən parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün Azərbaycana səfər edən beynəlxalq müşahidəçi, Azad Almaniya Universitetinin dosenti, professor Matthias Dornfeldt deyib.
M.Dornfeld bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda həll edilməsini arzu edir:
“Azərbaycanın Dağlıq Qarabağ məsələsi beynəlxalq qurumlar tərəfindən mütləq şəkildə həll edilməlidir. Müşahidəçi kimi iştirak etdiyimiz məntəqələrdə seçicilərlə ünsiyyət qurduq. Söhbət zamanı onların öz vətənlərinə geri qayıtmaq istədiklərini başa düşdük”.
M.Dornfeldt Dağlıq Qarabağ zonası üzrə seçki məntəqəsində olduğunu da deyib:
“Məni ən çox təsirləndirən seçki məntəqələrində Dağlıq Qarabağdan olan seçicilərin iştirak etməsi idi. Onlar bizə öz ağrı-acılı həyat hekayələrindən, öz torpaqlarından didərgin düşmələrindən danışdılar”.
M.Dornfeldt son olaraq Azərbaycanda keçirilən seçkilərdə artıq üçüncü dəfə müşahidəçi kimi iştirak etdiyini deyib.
Könül Cəfərli
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyadan Rusiya ilə müharibə üçün 1000 səhifəlik məxfi plan barədə RƏSMİ AÇIQLAMA
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"
- Almaniyada maraqlı hadisə: Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"