Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərini davam etdirir
Azərbaycanın amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərini davam etdirir.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.
"Əməliyyat çərçivəsində təyyarə İzmir-Berqama istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir", - deyə məlumatda qeyd olunub.

"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Xırdalanda evi yanan qadın: "İçəridən heç nə çıxarmaq mümkün olmadı"
- Ziya Bünyadov prospekti yaxınlığında açıq ərazidə yanğın BAŞLADI
- "2700 manat təklif edib, bizi binadan çıxarmaq istəyirlər" - Bakıda dövlət adından söküntü aparılır?
- Taxtakörpü su anbarında 23 yaşlı oğlanın meyiti tapılıb
- Sabunçudakı qəzada sürücü avtomobildə sıxılı vəziyyətdə qalıb