Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Ani Badalyan: “Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında görüş keçiriləcək” - VİDEO](https://images.oxu.az/2024/02/26/16/52/01/16ed59f3-ba42-4923-922b-af06ec470f42/e6bbc3de-3397-3c2c-b696-1c0ad2874cde_850:1200.jpg)
Ani Badalyan: “Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında görüş keçiriləcək” - VİDEO
“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 28-29-da Berlində azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirəcək”.
Bununla bağlı TASS-a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
“Münhendə keçirilən üçtərəfli görüşdə əldə olunmuş razılığa əsasən, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin nümayəndə heyətlərinin görüşü fevralın 28-29-da Berlində baş tutacaq”, - deyə xəbərdə qeyd edilir.
Xatırladaq ki, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, bu yaxınlarda Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında sülh sazişinin müzakirəsi ilə bağlı görüş keçiriləcək.
![](https://img.youtube.com/vi/9-nwUD_m4Hc/sddefault.jpg)
"Ararat Mirzoyan" teqi üzrə xəbərlər
- Səhnədən çıxmaq istəməyən üçlük - ördək, balıq, xərçəngin "tələs, tələsmə" təklifi
- Azərbaycan və Ermənistan arasında tranzit prosedurları sadələşdirilə bilər
- Ermənistanda rusiyalı hərbçi ölüb: 102 saylı baza bağlana bilər
- İsrail nə üçün Azərbaycanı ABŞ-dən üstün tutur? - Bizdən nə danışırlar?
- Avropa İttifaqı Ermənistan-Azərbaycan şərti sərhədini nə vaxt tərk edir?