Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdən sonra Türkiyənin müdafiə naziri Yaşar Gülər, Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Gürcüstanın müdafiə naziri İrakli Çikovani birgə mətbuat konfransı keçiriblər.
Daha sonra nazirlər baş tutan müzakirələrin yekunları ilə bağlı üçtərəfli protokolu imzalayıblar.
Türkiye-Azerbaycan-Gürcistan Üçlü Savunma Bakanları Toplantısının ardından Millî Savunma Bakanı Yaşar Güler, Azerbaycan Savunma Bakanı Orgeneral Zakir Hasanov ve Gürcistan Savunma Bakanı Irakli Chikovani, ortak basın toplantısı düzenledi. Bakan Yaşar Güler görüşmelere ilişkin… pic.twitter.com/CJ4TL6lnR1
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) October 9, 2025
Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli toplantısı başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyənin milli müdafiə naziri Yaşar Güler toplantı çərçivəsində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın baş nazir müavini, müdafiə naziri İrakli Çikovanini paytaxtdakı Mərkəzi Ordu Evində qarşılayıb.
Yaşar Güler ilk olaraq Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüş keçirib. Daha sonra onun Gürcüstan müdafiə naziri İrakli Çikovani ilə də ayrıca görüşəcəyi bildirilib.
Millî Savunma Bakanı Yaşar Güler ve Azerbaycan Savunma Bakanı Orgeneral Zakir Hasanov, Türkiye-Azerbaycan-Gürcistan Üçlü Savunma Bakanları Toplantısı kapsamında Ankara’da Merkez Orduevinde bir araya geldi.#MillîSavunmaBakanlığı#YaşarGüler pic.twitter.com/9XqiNVjpUB
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) October 9, 2025