Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Anqolanın paytaxtında Azərbaycan musiqisinə dair yeni layihə başlayıb - FOTO
Anqolanın paytaxtı Luanda şəhərində Azərbaycan peşəkar musiqisinin dünyada təbliğ olunması məqsədilə “Birləşmiş səslər” xeyriyyə layihəsinə start verilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Azərbaycanın Dostları Təşkilatının (Nigeriya) və İncəsənət və Mədəniyyət Fondunun (Anqola) birgə təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində mədəniyyətlər arasında körpü rolunu oynamaq, yerli musiqiçilərə professional Azərbaycan musiqisinin sirlərini aşılamaq, onlara dünya şöhrətli musiqiçilərlə eyni səhnəni paylaşmaq imkanı yaratmaq və xarici ölkələrdə tar sinfini formalaşdırmaq nəzərdə tutulub.
Uzun illərdir Afrikada yaşayan Azərbaycanın Dostları Təşkilatının təsisçisi-rəhbəri Billurə Bayramova-Bernard bildirib ki, layihə çərçivəsində Anqolanın Camunqa musiqi məktəbində Azərbaycanın əməkdar artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru, tarzən Sahib Paşazadənin beşgünlük ustad dərsləri təşkil edilib. Bu dərslərdə Camunqa musiqi məktəbinin Simfonik Orkestrinin musiqiçiləri, İncəsənət və Mədəniyyət Fondunun tələbələri iştirak ediblər. Yerli tələbələrə Azərbaycan musiqisi və tar alətinin tarixi barədə ətraflı məlumat verilib, bu qədim alətin sirlərindən danışılıb.
Layihə çərçivəsində Sahib Paşazadə xüsusi qonaq kimi “Wyza Anfiteatro”nun səhnəsində baş tutan “Yunidos-Anqolanın və Azərbaycanın oğulları” adlı konsertdə də çıxış edib.
Azərbaycanlı musiqiçinin ustad dərslərində və konsertdə iştirakı yerli mətbuatda geniş işıqlandırılıb.
"Anqola" teqi üzrə xəbərlər
- Azərbaycanla Anqola arasında siyasi məsləhətləşmələr mexanizmi yaradılır
- Əli Əsədov Anqolanın vitse-prezidenti ilə görüşüb
- Anqolada qəribə hadisə: 50 nəfərin ölüm səbəbi hər kəsi heyrətləndirir
- Pedro De Morais Neto: “Seçkiyə marağın olması Azərbaycanda yaradılan vəziyyətlə əlaqəlidir”
- Azərbaycanda universal poçt rabitəsi xidmətləri üzrə tariflər təsdiq edilib - CƏDVƏL