Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanla Anqola arasında siyasi məsləhətləşmələr mexanizmi yaradılır
Azərbaycanla Anqola arasında siyasi məsləhətləşmələr mexanizmi yaradılır.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevlə Anqola Xarici Əlaqələr Nazirliyinin Dövlət Katibi Esmeralda Mendonza ikitərəfli görüşdə Anlaşma Memorandumu imzalayıblar.
Qeyd olunub ki, görüşdə iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Azərbaycan və Anqola arasında siyasi məsləhətləşmələr üzrə mexanizmin yaradılmasının ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlığın əlaqələndirilməsinə və inkişafına xidmət edəcəyi vurğulanıb.
"Xarici İşlər Nazirliyi (XİN)" teqi üzrə xəbərlər
- Azərbaycanın "qara siyahı"sına düşən ABŞ Milli Kəşfiyyat İdarəsinin yeni rəhbəri KİMDİR?
- Ayxan Hacızadə: "Rus evi" ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi gözlənilir"
- Keçmiş icra başçısı XİN-in verdiyi xidməti pasportu İTİRİB
- Azərbaycan USAID-in ölkədə fəaliyyətinin dayandırılması ilə bağlı ABŞ-yə bildiriş göndərib
- Azərbaycan XİN Pakistanda baş verən terror aktı ilə bağlı paylaşım edib