Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Aprelin 1-dək partiyalar maliyyə hesabatlarını MSK-ya təqdim etməlidirlər
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında partiyanın 2024-cü il üzrə maliyyə hesabatı təsdiq edilib.
Oxu.Az APA-ya istinadən məlumat verir ki, qanunvericiliyə uyğun olaraq 2024-cü il üzrə maliyyə hesabatı Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunacaq.
Qeyd edək ki, siyasi partiyaların MSK-ya 2024-cü il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət aprelin 1-i başa çatır. MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.
Azərbaycanda dövlət tərəfindən qeydiyyata alınmış 26 partiya mövcuddur.
"Mərkəzi Seçki Komissiyası (MSK)" teqi üzrə xəbərlər
- Ukrayna MSK rəhbəri: "Prezident seçkisinin vaxtını uzatmaq olmaz"
- Sabah partiyaların maliyyə hesabatlarını MSK-ya təqdim etmələri üçün müddət başa çatır
- Məntəqə seçki komissiyasının üzvləri: "Yanvarda almalı olacağımız əməkhaqqı hələ də verilməyib"
- USAID, "Amerikanın səsi" və "Azadlıq Radiosu"nun layiq olduğu məntiqi son
- Məzahir Pənahov: "Mayın sonunda 2025-ci il üçün seçici siyahısı təsdiq olunmalıdır"