Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

AQTA sədri Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri ilə görüşüb - FOTO
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.
Agentlikdən verilən məlumata görə, görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfirə məlumat verib.
2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər barədə məlumatlar müqabil tərəfin diqqətinə çatdırılıb. Bu xüsusda Agentlik tərəfindən xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiqi prosesinin davam etdirildiyi vurğulanıb.
Eyni zamanda, görüşdə iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb. “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması imkanları nəzərdən keçirilib. Həmçinin, fitosanitar və baytarlıq nəzarətinə aid qida məhsullarının idxal-ixracı ilə bağlı məsələlər müzakirə olunub. Sertifikatların qarşılıqlı tanınması nəticəsində ölkələr arasında qida məhsullarının idxal-ixrac imkanlarının daha da genişlənməsi üçün münbit şəraitin yaranması və bunun da qarşılıqlı ticarət dövriyyəsinə öz töhfəsini verəcəyi vurğulanıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- AQTA quş qripinə görə Dövlət Gömrük Komitəsinə müraciət etdi
- Bakıda ayı əti SATILIR - İDDİA
- AQTA Türkiyədəki kütləvi zəhərlənmə ilə bağlı nəzarət tədbirlərini GÜCLƏNDİRDİ
- Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır
- Çin və Rusiyadan idxal edilmiş kürünün "Azerbaijan Caviar" adı ilə satışa çıxarıldığı aşkarlanıb