ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylərini artırmalıdır.
Oxu.Az-ın məlumatına görə, bunu bu gün Vyanada keçirilən ATƏT Daimi Şurasının iclası zamanı Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
Araz Əzimov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllindəki gecikmələr regional təhlükəsizliyə və regional layihələrin icrasına mənfi təsir edir.
Xarici işlər nazirinin müavini, həmçinin, Minsk Qrupunun bütün üzvlərinin iştirakı ilə görüşün keçirilməsinə çağırıb.
“Azərbaycan beynəlxalq hüquq prinsiplərinə sadiqdir. Terrorizm, radikallaşma və narkotik vasitələrin dövriyyəsi ilə mübarizə sahəsində də səylərimiz davam edir”, - deyə Əzimov əlavə edib.